Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan "Azadlıq" flotiliyasındakı Türkiyə vətəndaşları təhlükəsiz şəkildə ölkəyə qayıdıblar.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onları xarici işlər nazirinin müavini Musa Kulaklıkaya İstanbul Hava Limanında qarşılayıb. O, 21 ölkədən olan fəalları da əhatə edən evakuasiya prosesinin bütün tərəflərin Türkiyəyə olan etibarını nümayiş etdirdiyini söyləyib.