Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan "Azadlıq" flotiliyasındakı Türkiyə vətəndaşları təhlükəsiz şəkildə ölkəyə qayıdıblar.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar Türk Hava Yollarının xüsusi reysi ilə təhlükəsiz şəkildə Türkiyəyə qayıdıblar.
Xarici işlər nazirinin müavini Musa Kulaklıkaya onları İstanbul Hava Limanında qarşılayıb və 21 ölkədən olan fəalları da əhatə edən evakuasiya prosesinin bütün tərəflərin Türkiyəyə olan etibarını nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə İsrail tərəfindən beynəlxalq sularda saxlanılan "Azadlıq" flotiliyasıdakı 18-i türk olmaqla 94 fəalın Türk Hava Yolları təyyarəsi ilə İstanbula gələcəyi bildirilmişdi.