AZ

Mədəniyyət naziri Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib - FOTO

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 10-da Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən Missiya.Az-a bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Liderin Naxçıvan şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda nazir Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Seçilən
3
4
missiya.az

5Mənbələr