ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 10-da Naxçıvan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Liderin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda nazir Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib. Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib. AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.