AZ

Naxçıvanın enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının "Yaşıl Enerji Zonası" kimiinkişafına dair müzakirələr aparılıb.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Belə ki, energetika naziri Pərviz Şahbazovun və AzərbaycanRespublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındasəlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə“Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçünDövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetikasisteminin inkişafına həsr olunmuş iclas keçirilib.

Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyi (BOEMDA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi(EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, Naxçıvan Enerji MMC,Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi, eləcə də“Nobel Energy” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutaniclasda Naxçıvanın elektroenergetika sahəsində mövcud vəziyyət vəplanlaşdırılan layihələr müzakirə olunub. Bu çərçivədə il ərzindəelektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri,habelə “Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa Enerji Qovşağı” üzrəhəyata keçirilən tədbirlər nəzərdən keçirilib.

Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkiledən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikirmübadiləsi aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında“Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindənNaxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb.Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerjipotensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin vədayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkəinfrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarınıngenişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədəazaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə,qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraqhazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyatakeçiriləcək tədbirlər barədə geniş məlumat verilib.

Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracınınkonseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanıNaxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracınınbölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb.İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafıistiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiqtapşırıqlar verilib.

Məqalədə:
Seçilən
4
5
az.trend.az

6Mənbələr