AZ

AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir PUTİN

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Bakı arasındakı gərginliyi “dövlətlərarası böhran” kimi deyil, “emosiyaların böhranı” kimi qiymətləndirib.

Modern.az xəbər verir ki, o, bu barədə Düşənbədə mətbuat konfransında danışıb.

O qeyd edib ki, Azərbaycanla münasibətlərdə dövlətlərarası böhran olmayıb.

"Bu, emosiyaların böhranı idi və səbəbi də aydındır, biz təyyarə qəzasında insan itkisi ilə üzləşdik, məsələni araşdırmaq üçün zamana ehtiyac vardı”, - deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir, hazırda yalnız “detallar və incəliklər” üzərində iş aparılır.

“Əgər bizdə real böhran olsaydı, ticarət-iqtisadi əlaqələrdə artım müşahidə olunmazdı. Bu, emosional gərginlik idi, çünki çox ağır hadisə ilə, faciə ilə qarşılaşmışdıq”, – deyə o qeyd edib.

Dövlət başçısı əlavə edib ki, hadisə artıq arxada qalıb və münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlidir: “Ümid edirəm, biz bu səhifəni çevirmişik və bundan sonra irəliləyəcəyik.”

Putin vurğulayıb ki, Bakı ilə heç bir dövlətlərarası qarşıdurma yaşanmayıb, yaranan çətinliklər yalnız “emosional reaksiyadan” qaynaqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
4
modern.az

10Mənbələr