AZ

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır

Ötən ilin dekabrında "Azərbaycan Hava Yolları" nın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır və faciənin səbəbləri artıq tam aydındır.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“İstintaq başa çatır və indi bütövlükdə bu faciənin, bu fəlakətin səbəbləri haqqında danışmaq olar. Bu, bir neçə halla əlaqədardır”, - Rusiya Prezidenti qeyd edib.

Onun sözlərinə görə, birinci hal göydə Ukrayna dronunun olmasıdır, “ikinci səbəb Rusiyanın hava hücumundan müdafiə sisteminin özünün texniki nasazlıqlarıdır”.

Seçilən
10
19
apa.az

10Mənbələr