AZ

"Vəkilləri qorumaq həm də dövlətin borcudur" - Deputat

"Azərbaycanda vəkillərin sayı rəqəm nə qədər göstərilsə də, çox azdır. Xüsusilə bölgələrdə vəkil ciddi problemdir. Elə bölgələr var ki, orada bir neçə rayonda 1-2 vəkil tapmaq çətindir. Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində deputat Fazil Mustafa deyib.

O bildirib ki, prinsiplərdə də dəyişiklik edilir: "Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsini tələb edirik. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz. Əslində vəkilliyin bir problemi o idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar. Son illər bu tendensiya ortadan qalxsa da, vəkilləri qorumaq həm də dövlətin borcudur".

Nicat

Seçilən
13
5
adalet.az

6Mənbələr