ain.az, Apa.az portalına istinadən məlumat verir.
“Elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir. Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, prinsiplərdə də dəyişiklik edilir: “Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsini tələb edirik. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz. Əslində vəkilliyin bir problemi o idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar. Son illər bu tendensiya ortadan qalxsa da, vəkilləri qorumaq həm də dövlətin borcudur”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.