Bu gün Azərbaycan Basketbol Liqasının 2-ci turu davam edəcək.
İdman.Biz xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Quba” öz meydanında “Ordu”nu qəbul edəcək, daha sonra “Abşeron Lions” “Gəncə” ilə üz-üzə gələcək.
15:00. “Quba” – “Ordu”
Quba, OİK
19:00. “Abşeron Lions” – “Gəncə”
Bakı, İdman Sarayı
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək:
11 oktyabr
19:00. “Sabah” – “NTD”
Bakı, Milli Gimnastika Arenası
12 oktyabr
14:00. “Sərhədçi” – “Lənkəran”
Bakı, “Sərhədçi” İdman Kompleksi
19:00. “Naxçıvan” – “Sumqayıt”
Bakı, İdman Sarayı
Qeyd edək ki, daha əvvəl turun bir oyunu baş tutub: “Neftçi” “Şəki”ni 92:68 hesabı ilə məğlub edib.
A qrupu
Komanda | O | Q | M | Top fərqi | Xal |
---|---|---|---|---|---|
Neftçi | 2 | 1 | 1 | +13 | 3 |
Sabah | 1 | 1 | 0 | +11 | 2 |
Abşeron Lions | 1 | 1 | 0 | +11 | 2 |
Gəncə | 1 | 1 | 0 | +5 | 2 |
Şəki | 2 | 0 | 2 | -35 | 2 |
NTD | 1 | 0 | 1 | -5 | 1 |
B qrupu
Komanda | O | Q | M | Top fərqi | Xal |
---|---|---|---|---|---|
Quba | 1 | 1 | 0 | +22 | 2 |
Lənkəran | 1 | 1 | 0 | +11 | 2 |
Ordu | 1 | 1 | 0 | +10 | 2 |
Naxçıvan | 1 | 0 | 1 | -10 | 1 |
Sumqayıt | 1 | 0 | 1 | -11 | 1 |
Sərhədçi | 1 | 0 | 1 | -22 | 1 |