RU

“Quba” “Ordu”nu, “Abşeron Lions” isə “Gəncə”ni qəbul edəcək

Bu gün Azərbaycan Basketbol Liqasının 2-ci turu davam edəcək.

İdman.Biz xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Quba” öz meydanında “Ordu”nu qəbul edəcək, daha sonra “Abşeron Lions” “Gəncə” ilə üz-üzə gələcək.

15:00. “Quba” – “Ordu”
Quba, OİK

19:00. “Abşeron Lions” – “Gəncə”
Bakı, İdman Sarayı

Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək:

11 oktyabr
19:00. “Sabah” – “NTD”

Bakı, Milli Gimnastika Arenası

12 oktyabr
14:00. “Sərhədçi” – “Lənkəran”

Bakı, “Sərhədçi” İdman Kompleksi

19:00. “Naxçıvan” – “Sumqayıt”
Bakı, İdman Sarayı

Qeyd edək ki, daha əvvəl turun bir oyunu baş tutub: “Neftçi” “Şəki”ni 92:68 hesabı ilə məğlub edib.

A qrupu

Komanda O Q M Top fərqi Xal
Neftçi 2 1 1 +13 3
Sabah 1 1 0 +11 2
Abşeron Lions 1 1 0 +11 2
Gəncə 1 1 0 +5 2
Şəki 2 0 2 -35 2
NTD 1 0 1 -5 1

B qrupu

Komanda O Q M Top fərqi Xal
Quba 1 1 0 +22 2
Lənkəran 1 1 0 +11 2
Ordu 1 1 0 +10 2
Naxçıvan 1 0 1 -10 1
Sumqayıt 1 0 1 -11 1
Sərhədçi 1 0 1 -22 1

İdman.Biz

Избранный
57
idman.biz

1Источники