Filippində 7,6 bal gücündə zəlzələ olub.
APA xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla səhər saat 9:43-də 10 km dərinlikdə baş verib. Zəlzələdən sonradan maqnitudası 2,6 ilə 4,9 arasında dəyişən afterşoklar qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Ölkə Prezidenti Ferdinand Markos zəlzələdən sonra ölkənin cənubunda sakinlərin təxliyəsi barədə göstəriş verib.
Bu barədə dövlət başçısının aparatının yaydığı məlumatda deyilir.
"Hazırda vəziyyəti qiymətləndiririk və hər kəsin təhlükəsizliyini təmin edirik. Mən Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasına, Mülki Müdafiə İdarəsinə, Silahlı Qüvvələrə, Filippin Sahil Mühafizəsinə və bütün aidiyyəti qurumlara sahilyanı ərazilərin dərhal boşaldılması, fövqəladə kommunikasiya xətlərinin işə salınması, yerli hakimiyyət orqanları ilə yaxından əlaqələndirilməsi barədə göstəriş vermişəm.", - məlumatda deyilir.