ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Filippin prezidenti kiçik Ferdinand Markos 7,6 bal gücündə güclü zəlzələdən sonra ölkənin cənubunda sakinlərin təxliyəsi barədə göstəriş verib.
APA xəbər verir ki, bu barədə dövlət başçısının aparatının yaydığı məlumatda deyilir.
"Hazırda vəziyyəti qiymətləndiririk və hər kəsin təhlükəsizliyini təmin edirik. Mən Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasına, Mülki Müdafiə İdarəsinə, Silahlı Qüvvələrə, Filippin Sahil Mühafizəsinə və bütün aidiyyəti qurumlara sahilyanı ərazilərin dərhal boşaldılması, fövqəladə kommunikasiya xətlərinin işə salınması, yerli hakimiyyət orqanları ilə yaxından əlaqələndirilməsi barədə göstəriş vermişəm.", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 9:43-də Filippində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ 10 kilometr dərinlikdə baş verib. Sonradan maqnitudası 2,6 ilə 4,9 arasında dəyişən afterşoklar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.