AZ

Tahir İmanovun adından “TikTok” səhifəsi satılır - Qiyməti şok etdi - FOTO

Əməkdar artist Tahir İmanovun adından yaradılmış “TikTok” səhifəsi satışa çıxarılıb.
 
Sosial şəbəkə platformalarında aktyorun adından açılmış hesabda səhifənin 50 manata satıldığı barədə paylaşım edilib. Paylaşımda səhvlərlə dolu mətn yer alıb:
 
“Hörmətli xanımlar və cənablar, bu "TikTok" səhifəmi çoxdan açmışdım, bir müddət bağladım. Cabir rəhmətə gedəndən sonra yenidən açdım. Amma xoşuma gəlməyən sözlər oldu, bu səhifəni daha işlətmək istəmirəm. Səhifəmi kim almaq istəyirsə, direktə yazsın. Cavab veriləcək. Səhifəni satıb, ehtiyacı olan bir ailəyə vermək istəyirəm. Qiyməti – 50 AZN".
 
Paylaşımdakı yazı səhvləri və hesabın yeni yaradılması onun real profil olmadığına dair ciddi şübhələr yaradıb.
 
Məsələ ilə bağlı Tahir İmanovun özü ilə əlaqə saxladıq. Aktyor bildirdi ki, indiyədək heç bir sosial şəbəkə platformasında hesabı olmayıb və bundan sonra da olmayacaq:
 
“Mənim heç bir sosial şəbəkədə səhifəm yoxdur və olmayacaq.” /News24.az/ 
Seçilən
16
4
moderator.az

5Mənbələr