AZ

Tahir İmanovun adından “TikTok” səhifəsi satılır Qiyməti şok etdi Foto

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Tahir İmanovun adından yaradılmış “TikTok” səhifəsi satışa çıxarılıb.

News24.az xəbər verir ki, sosial şəbəkə platformalarında aktyorun adından açılmış hesabda səhifənin 50 manata satıldığı barədə paylaşım edilib. Paylaşımda səhvlərlə dolu mətn yer alıb:

“Hörmətli xanımlar və cənablar, bu "TikTok" səhifəmi çoxdan açmışdım, bir müddət bağladım. Cabir rəhmətə gedəndən sonra yenidən açdım. Amma xoşuma gəlməyən sözlər oldu, bu səhifəni daha işlətmək istəmirəm. Səhifəmi kim almaq istəyirsə, direktə yazsın. Cavab veriləcək. Səhifəni satıb, ehtiyacı olan bir ailəyə vermək istəyirəm. Qiyməti – 50 AZN".

Paylaşımdakı yazı səhvləri və hesabın yeni yaradılması onun real profil olmadığına dair ciddi şübhələr yaradıb. Bununla belə, aktyorun qardaşının vəfatından sonra yayımladığı müraciətlərin orijinal videoları hazırda yalnız həmin səhifədə yer alır.

Məsələ ilə bağlı Tahir İmanov özü ilə əlaqə saxladıq. Aktyor bildirdi ki, indiyədək heç bir sosial şəbəkə platformasında hesabı olmayıb və bundan sonra da olmayacaq:

“Mənim heç bir sosial şəbəkədə səhifəm yoxdur və olmayacaq.”

Tahir İmanov qardaşı Cabir İmanovun vəfatından sonra yayımladığı video müraciətləri hansı platforma vasitəsilə paylaşdığına dair sualı isə cavabsız qoyub.

Nilufər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
4
news24.az

5Mənbələr