“Deyəsən, Cabir İmanovun ruhunu rahat buraxmaq istəməyənlər, daha doğrusu-qaragüruhun yaltaqları sakitləşmək fikrində deyillər. Deməli, bu həm də o deməkdir ki, biz də, yəni sağlam təfəkkürün tərəfində olan, dövlətçi zehniyyətə malik düşərgə də sakitləşməli deyilik!”
Pravda.az-ın xəbərinə bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir: “Biz onları-satiranın yüksək liqasının nümayəndələrini populist, “avtolavka” “bədiyyatının” sosial şəbəkələrdə kütləyə aşağı zövq aşılayan qara-qura güruhunun ayağına verməyəcəyik və verməməliyik. Tahir, əzizim Siz hüznünüzlə məşğul olun, dərdinizə şərikik. “Təfərrüatlarla”, tullantılarla biz məşğul olarıq!”