RU

Mirşahin: “Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir”

“Deyəsən, Cabir İmanovun ruhunu rahat buraxmaq istəməyənlər, daha doğrusu-qaragüruhun yaltaqları sakitləşmək fikrində deyillər. Deməli, bu həm də o deməkdir ki, biz də, yəni sağlam təfəkkürün tərəfində olan, dövlətçi zehniyyətə malik düşərgə də sakitləşməli deyilik!”

 

Pravda.az-ın xəbərinə bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir: “Biz onları-satiranın yüksək liqasının nümayəndələrini populist, “avtolavka” “bədiyyatının” sosial şəbəkələrdə kütləyə aşağı zövq aşılayan qara-qura güruhunun ayağına verməyəcəyik və verməməliyik. Tahir, əzizim Siz hüznünüzlə məşğul olun, dərdinizə şərikik. “Təfərrüatlarla”, tullantılarla biz məşğul olarıq!”

Tarix: 8 Oktyabr 2025, 21:20   
Избранный
26
pravda.az

1Источники