AZ

Gəncədə avtomobil hasara çırpıldı Xəsarət alan var

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Hərəktədə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarında olan hasara çırpılıb. Qəza zamanı sürücü - 1988 ci il təvəllüdlü E.Allahverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
4
unikal.az

5Mənbələr