Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Hərəktədə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarında olan hasara çırpılıb. Qəza zamanı sürücü - 1988 ci il təvəllüdlü E.Allahverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov