AZ

Samuxda qəza oldu, sürücü yaralandı

Samuxda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü 1981-ci il təvəllüdlü İ.Paşayev xəsarət alıb. Yaralı xəstəxanaya yeləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
31
19
unikal.az

10Mənbələr