AZ

Bu ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

 

Bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

 

Belə ki, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

 

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Tarix: 6 Oktyabr 2025, 23:12   
Seçilən
11
36
pravda.az

10Mənbələr