AZ

Sabah bu rayonda işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Publika.az bildirir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Seçilən
29
36
publika.az

10Mənbələr