AZ

Pəncərədən insanlara və maşınlara atəş açıldı

Yazını böyüt
Yazını kiçilt

Sidneyin qərbində kişi mənzilinin pəncərəsindən insanlara və maşınlara tüfəngdən atış açıb.

Hafta.az xəbər verir ki, bu barədə "Sky News Australia" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb.

Telekanalın bildirdiyinə görə, Corcs River küçəsində 60 yaşlı kişi irikalibrli tüfəngdən 100 dəfədən çox atəş açıb. O, bir neçə avtomobilə, o cümlədən taksiyə və polis maşınına zərər vurub. Kişi hadisə yerində həbs edilib və ondan bir neçə odlu silah müsadirə edilib.

Hazırda atəş açan şəxs polis nəzarəti altında xəstəxanadadır.

Seçilən
11
1
hafta.az

2Mənbələr