AZ

Sidneydə kişi pəncərədən insanlara və maşınlara atəş açıb: Yaralılar var

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sidneyin qərbində kişi mənzilinin pəncərəsindən insanlara və maşınlara tüfəngdən atış açıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sky News Australia" telekanalı məlumat verib.

Məlumata görə, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb.

Telekanalın bildirdiyinə görə, Corcs River küçəsində 60 yaşlı kişi irikalibrli tüfəngdən 100 dəfədən çox atəş açıb. O, bir neçə avtomobilə, o cümlədən taksiyə və polis maşınına zərər vurub. Kişi hadisə yerində həbs edilib və ondan bir neçə odlu silah müsadirə edilib. Hazırda atəş açan şəxs polis nəzarəti altında xəstəxanadadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
108
1
oxu.az

2Mənbələr