AZ

“Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Olimpiya çempionu Alina Kabayeva tərəfindən yaradılmış “Nebesnaya Gratsiya” bədii gimnastika akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək məqsədilə Şəki şəhərindəki Olimpiya İdman Kompleksinə gəlib.Apasport.az xəbər verir ki, beynəlxalq “Nebesnaya Gratsiya” Assosiasiyasının icraçı direktoru Yelena Yerxanın verdiyi məlumata görə, gimnastlar Kompleksinin arenasında məşqlərə başlayıblar.Komandanın tərkibində akademiyanın fəaliyyət göstərdiyi müxtəlif ölkələri təmsil edən gimnastlar yer alır. Onların MDB Oyunlarındakı iştirakı bədii gimnastikanın inkişafında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha göstərir.

Xatırladırıq ki, III MDB Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar artıq sabah – oktyabrın 6-da Şəki Olimpiya İdman Kompleksinin arenasında start götürəcək.

Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib

Bədii gimnastikanın dünya ulduzundan gənclərimiz üçün master-klass

Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”

Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyası III MDB Oyunlarında

Təmsilçilərimizdən iki medal

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
apasport.az

5Mənbələr