AZ

Bakıda evlərin baha olmasının səbəbi ONLARDIR

"Mərkəzi Bankın yeni hesablamasına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir. Bəs həm orta aylıq əməkhaqqı, həm də adambaşına düşən ÜDM göstəricisinə görə onlardan geri qalsaq da, bizdə mənzil niyə daha bahadır?

İlk baxışdan bu, iqtisadi qanunlara zidd görünsə də, əslində səbəb yenə çox sadədir".

"Cebheinfo.az" xəbər verir ki,  bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki,nə Tbilisiyə, nə də İrəvana axın Bakıya olan axın qədər sürətlidir:.

"Bu, tələbi gözəgörünən şəkildə artırır. İkincisi və ən əsas səbəb isə bazar qanunlarının pozulması yox, kapitalın hərəkət istiqamətinin təhrif olunması ilə bağlıdır. Yəni pul iqtisadiyyata girmir, investisiyaya çevrilmir, istehsal və ixracda dəyər yaratmaq əvəzinə daşınmaz əmlaka yönəlir.

Daha da sadə desək, müxtəlif yollarla əldə edilən böyük pullar ölkədən əvvəlki kimi rahat çıxarıla bilmir. Xaricə valyuta axınının kanalları məhdudlaşdıqca, bu pullar mənzil bazarına axır. Belə mənzillər isə çox vaxt fərqli qohumların, tanışların adına rəsmiləşdirilir; əsl sahibinin adına isə bəlkə bir mənzil var, bəlkə də yoxdur. Ona görə də bahalı binaların çoxunun pəncərəsində axşamlar qaranlıq olur. Sanki gecə düşən kimi onlar yoxa çıxır, qaranlıqda itir. Amma Tbilisidə və İrəvanda belə binaların pəncərələrinin mütləq əksəriyyəti işıqlıdır".

Onun sözlərinə görə,  deməli, əhali gəlirləri ilə mənzil qiymətləri arasındakı bu ziddiyyət iqtisadi qanunların pozulması deyil, kapitalın təbii dövriyyəsinin pozulmasıdır:

"Qısası, bizdə mənzillər yaşayış üçün yox, pulun qorunması üçün alınır". 

Seçilən
8
4
cebheinfo.az

6Mənbələr