AZ

Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mərkəzi Bankın yeni hesablamasına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov sosial şəbəkədə yazıb.

İqtisadçı bildirib ki,  Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir:

Bəs, həm orta aylıq əmək haqqı, həm də adambaşına düşən ÜDM göstəricisinə görə onlardan geri qalsaq da, bizdə mənzil niyə daha bahadır?

"İlk baxışdan bu, iqtisadi qanunlara zidd görünsə də, əslində səbəb yenə çox sadədir. Birincisi, nə Tbilisiyə, nə də İrəvana axın Bakıya olan axın qədər sürətli deyil. Bu, tələbi gözəgörünən şəkildə artırır. İkincisi və ən əsas səbəb isə bazar qanunlarının pozulması yox, kapitalın hərəkət istiqamətinin təhrif olunması ilə bağlıdır. Yəni, pul iqtisadiyyata girmir, investisiyaya çevrilmir, istehsal və ixracda dəyər yaratmaq əvəzinə daşınmaz əmlaka yönəlir.

Daha da sadə desək, müxtəlif yollarla əldə edilən böyük pullar ölkədən əvvəlki kimi rahat çıxarıla bilmir. Xaricə valyuta axınının kanalları məhdudlaşdıqca, bu pullar mənzil bazarına axır.

Belə mənzillər isə çox vaxt fərqli qohumların, tanışların adına rəsmiləşdirilir; əsl sahibinin adına isə bəlkə bir mənzil var, bəlkə də yoxdur. Ona görə də, bahalı binaların çoxunun pəncərəsində axşamlar qaranlıq olur. Sanki gecə düşən kimi onlar yoxa çıxır, qaranlıqda itir. Amma Tbilisidə və İrəvanda belə binaların pəncərələrinin mütləq əksəriyyəti işıqlıdır. Deməli, əhali gəlirləri ilə mənzil qiymətləri arasındakı bu ziddiyyət iqtisadi qanunların pozulması deyil, kapitalın təbii dövriyyəsinin pozulmasıdır. Qısası, bizdə mənzillər yaşayış üçün yox, pulun qorunması üçün alınır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
unikal.az

3Mənbələr