Tanınmış türkiyəli müğənni Lara çətin müalicə prosesindən keçdikdən sonra səhhəti barədə məlumat paylaşıb.
Publika.az xəbər verir ki, müğənni kütlənin xoşxassəli olduğunu bildirərək sevincini dilə gətirib:
"Bu xəbəri alanda sevincdən göz yaşlarımı saxlaya bilmədim. İndi hər 3 aydan bir nəzarət məqsədilə MR müayinəsindən keçəcəyəm."
Müalicə müddətində iştahasızlıq və zəiflik yaşayan Lara, son aylarda 12-13 kilo arıqladığını bildirib: