AZ

Beynində şiş aşkarlanan məşhur müğənni hər kəsi duyğulandırdı - FOTO

Tanınmış türkiyəli müğənni Lara çətin müalicə prosesindən keçdikdən sonra səhhəti barədə məlumat paylaşıb.

Müğənni kütlənin xoşxassəli olduğunu bildirərək sevincini dilə gətirib:

"Bu xəbəri alanda sevincdən göz yaşlarımı saxlaya bilmədim. İndi hər 3 aydan bir nəzarət məqsədilə MR müayinəsindən keçəcəyəm."

Müalicə müddətində iştahasızlıq və zəiflik yaşayan Lara, son aylarda 12-13 kilo arıqladığını bildirib:

"Proses hələ davam edir, dərmanlarımı qəbul edirəm. 4-5 gün ərzində əlavə 2 kilo da itirdim. Sağlamlıq hər şeydən önəmlidir."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
26
2
milli.az

10Mənbələr