AZ

Mahir Emreli ardıcıl 5 ci matçdır heyətdən kənar qalır

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” 2-ci Bundesliqada 8-ci tur oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda evdə “Bohum”la qarşılaşır. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

M.Emreli görüşün iştirak ərizəsində yer almayıb. Bu, 28 yaşlı hücumçunun Almaniya klubunun heyətindən kənarda qaldığı ardıcıl 5-ci oyundur.

O, əvvəlki 4 matçda da baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməyib.

Xatırladaq ki, Mahir Emreli bu yay “Kayzerslautern”ə transfer olunub. O, cari mövsümdə 2-ci Bundesliqada cəmi 3 oyun keçirib, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
idmanxeber.az

2Mənbələr