Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” 2-ci Bundesliqada 8-ci tur oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, komanda evdə “Bohum”la qarşılaşır. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
M.Emreli görüşün iştirak ərizəsində yer almayıb. Bu, 28 yaşlı hücumçunun Almaniya klubunun heyətindən kənarda qaldığı ardıcıl 5-ci oyundur.
O, əvvəlki 4 matçda da baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməyib.
Xatırladaq ki, Mahir Emreli bu yay “Kayzerslautern”ə transfer olunub. O, cari mövsümdə 2-ci Bundesliqada cəmi 3 oyun keçirib, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.