1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.
1990-cı il təvəllüdlü Aydın Nəcəfov BMW markalı 10-SG-477 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək yolun kənarındakı daş hasara çırpıb.
Ağır xəsarətlər alan A.Nəcəfov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.Nəcəfov xəstəxanada dünyasını dəyişib.
Samir Əli