Xəbər verdiyimiz kimi, bu gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə terrorunda şəhid olan mülki vətəndaşlarımızın ailə üzvləri ilə görüşüblər və onlarla birlikdə mərasimi izləyiblər.
Mərasimdən yayılan görüntülərdə Mehriban Əliyevanın şəhid övladları ilə səmimi anları nəzərdən yayınmayıb. Birinci xanımın balaca Xədicənin saçlarını öpərək çiyninə şal saldığı anı əks etdirən fotolar xüsusi diqqət çəkib.
Xatırladaq ki, Xədicə 17 oktyabr 2020-ci ildə raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib.