AZ

Ana nəvazişi ilə… – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Mərasim çərçivəsində prezidentlə xanımı Gəncə terrorunda şəhid olan mülki vətəndaşlarımızın ailə üzvləri ilə görüşüblər, onlarla birlikdə mərasimi izləyiblər.

Sözügedən görüşdə Mehriban Əliyevanın şəhid övladlarına ana nəvazişi göstərdiyi anlar diqqət çəkib.

Onun ana qayğısı ilə saçlarını öpərək çiyninə şal saldığı balaca qız Xədicədir. O, 17 oktyabr 2020-ci ildə raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib. Hadisədən sonra Xədicənin gözləri 3 gün görməyib. Sonra möcüzə nəticəsində gözləri açılıb. Gözünü açanda isə ilk sözü “Anamı istəyirəm” olub.

Həmin fotoları təqdim edirik:




Seçilən
19
6
editor.az

8Mənbələr