AZ

Əfqanıstanda İŞİD-in fəaliyyəti dayandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstan Daxili İşlər Nazirliyi ölkədə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəaliyyətinin tamamilə dayandırıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına görə, silahlı qruplaşmanın şəbəkəsi aradan qaldırılıb, təşkilatın özü isə təcrid olunub və artıq əhali üçün heç bir təhlükə yaratmır.
Qeyd olunub ki, İŞİD Əfqanıstandan kənarda fəaliyyətini davam etdirir, oradan koordinasiya və dəstək alır.
Səlahiyyətlilər miqrant qiyafəsində yaraqlıların ölkəyə soxulmaq cəhdlərini istisna etmir. Bununla belə, Daxili İşlər Nazirliyi təhlükəsizlik və kəşfiyyat xidmətlərinin sərhəddə vəziyyətə nəzarət etdiyini bildirir.
Seçilən
22
50
oxu.az

10Mənbələr