AZ

Müharibədə strateji nöqtə - XTQ-nin Məngələnata yüksəkliyində çətin əməliyyatı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



XTQ-nin ehtiyatda olan mənsubu, Vətən müharibəsi qazisi İbrahim Həsənov döyüş yolu və başına gələn unudulmaz hadisələrdən bəhs edib.
Qazi bildirib ki, döyüş yolu 27 sentyabrda Kəlbəcər istiqamətində başlayıb:
"Dörd gün davam edən şiddətli döyüşlərdən sonra bütün yüksəklikləri ələ keçirməyi bacardıq. Ələ keçirdiyimiz ərazilərdə milli ordumuzun heyətini yerləşdirdikdən sonra növbəti tapşırığın icrasına başladıq".
İbrahim Həsənov Füzulinin alınması tapşırığını böyük qürur hissi ilə qarşıladığını deyib: "Növbəti tapşırıq Füzulinin alınması idi. Özüm Füzulidən olduğum üçün böyük qürur hissi keçirdim. 17 yaşında didərgin düşdüyüm Füzulinin azad olunmasında iştirak etmək çox qürurverici bir hissdir".
Qazi həmçinin Məngələnata yüksəkliyinin alınmasının çətin bir əməliyyat olduğunu qeyd edib: "Bu əməliyyat zamanı artilleriyamıza öz koordinatlarımızı vermək riskini gözə aldıq".
İbrahim Həsənovun Vətən müharibəsində göstərdiyi rəşadət Azərbaycanın şanlı qələbəsində mühüm rol oynayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Seçilən
41
50
oxu.az

10Mənbələr