1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail Suriya ilə danışıqlarda ölkənin cənub-qərb hissəsinin demilitarizasiyası və Suriyanın druz əhalisinin təhlükəsizliyi üçün təminat tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Xatırladaq ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bəyan edib ki, ölkəsi İsraillə müharibədən yayınmaq istəyir, çünki ona quruculuq prosesini davam etdirmək üçün sülh lazımdır.
O bildirib ki, iki qonşu ölkə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ bilər, lakin istənilən halda İsrail Suriya ərazisindən çıxmalıdır.