1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"İran kəşfiyyatı İsrailin nüvə və hərbi mərkəzləri, eləcə də elm adamları və hərbçilərin adları haqqında gizli məlumatlar əldə edib".
Oxu.Az-ın "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın kəşfiyyat naziri İsmayıl Xətib bildirib.
"Bu sənədlərdə İsrailin əvvəlki və hazırkı silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və bəzi Avropa ölkələri ilə birgə layihələr, habelə nüvə silahının hazırlanmasında iştirak edən inzibati struktur və şəxslər haqqında tam məlumatlar var" , - deyə o vurğulayıb.