Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal xam polad istehsalı avqust ayında ötən ilin eyni dövrünə nisbətən 0,3 faiz artaraq 145,3 milyon tona çatıb.
Banco.az xəbər verir ki, mərkəzi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) avqust ayına dair xam polad istehsalı göstəricilərini açıqlayıb.
Məlumata görə, 2025-ci ilin avqustunda qlobal xam polad istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 0,3 faiz artaraq 145,3 milyon tona yüksəlib.
Həmin dövrdə Çinin istehsalı 0,7 faiz azalaraq 77,4 milyon tona, Yaponiyanın istehsalı isə 3,4 faiz azalaraq 6,6 milyon tona düşüb.
Eyni zamanda Almaniyanın istehsalı 10,5 faiz azalaraq 2,6 milyon tona enib, ABŞ-ın istehsalı isə 3,2 faiz artaraq 7,2 milyon tona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.