Qlobal xam polad istehsalı avqustda ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% artaraq 145,3 milyon tona çatıb.
Mərkəzi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) avqust ayı xam polad istehsalı göstəricilərini açıqlayıb.
Qlobal xam polad istehsalı 2025-ci ilin avqustunda keçən ilin eyni ayına nisbətən 0,3% artaraq 145,3 milyon ton təşkil edib.
Həmin dövrdə Çin istehsalı 0,7% azalaraq 77,4 milyon tona, Yaponiya istehsalı isə 3,4% azalaraq 6,6 milyon tona düşüb.
Almaniya istehsalı 10,5% azalaraq 2,6 milyon ton, ABŞ istehsalı isə 3,2% artaraq 7,2 milyon ton olub.
Türkiyənin xam polad istehsalı avqustda illik müqayisədə 7,9% artaraq 3,4 milyon tona yüksəlib. Avqustda Braziliyanın istehsalı 4,6% azalaraq 2,9 milyon tona, Rusiyanın istehsalı isə 4,6% azalaraq 5,5 milyon tona düşüb.
Həmin dövrdə Hindistanın istehsalı 13,2% artaraq 14,1 milyon tona, İranın istehsalı isə 17,9% artaraq 1,6 milyon tona çatıb.
Bu ilin yanvar-avqust dövründə isə qlobal xam polad istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% azalaraq 1 milyard 230 milyon ton təşkil edib.