AZ

Ukraynanın Novorossiyskə PUA hücumunda Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib - VİDEO - YENİLƏNİB

Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə kütləvi PUA hücumu zamanı Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib və iki işçi yaralanıb.

***

14:45

Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskə PUA hücumu nəticəsində iki dinc sakin həlak olub, daha üç nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.

"Beş yaşayış binasına, o cümlədən çoxmənzilli binalara, o cümlədən bir otelə ziyan dəyib. Hücum hələ də dəf edilir", - qubernator qeyd edib.

Seçilən
0
3
apa.az

10Mənbələr