Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə kütləvi PUA hücumu zamanı Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib və iki işçi yaralanıb.
***
14:45
Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskə PUA hücumu nəticəsində iki dinc sakin həlak olub, daha üç nəfər yaralanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.
"Beş yaşayış binasına, o cümlədən çoxmənzilli binalara, o cümlədən bir otelə ziyan dəyib. Hücum hələ də dəf edilir", - qubernator qeyd edib.