AZ

Azərbaycan və Macarıstan mədəni əməkdaşlığı müzakirə edildi

Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.

Publika.az xəbər verir ki, qonağı səmimi salamlayan nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir.

Seçilən
16
5
publika.az

10Mənbələr