AZ

Azərbaycanla Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

 

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko görüşüb.

Bu barədə Missiya.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, A.Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.

Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşdiyi qeyd olunub.

B.Hanko isə iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Seçilən
18
9
missiya.az

10Mənbələr