Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Sentyabrın 23-ü saat 18 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakupost.az Teleqrafa istinadla xəbər verir ki, Səmədabad kənd sakini, 1991-ci il təvəllüdlü Yunis Zeynalov idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçən 4 yaşlı oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yevlax rayon polis idarəsində cinayət işi qaldırılıb.
İstintaq aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.