AZ

Yevlaxda ata oğlunu traktorla vuraraq öldürdü

ain.az, Axar.az saytına istinadən bildirir.

Sentyabrın 23-ü saat 18 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Səmədabad kənd sakini, 1991-ci il təvəllüdlü Yunis Zeynalov idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçən 4 yaşlı oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yevlax rayon polis idarəsində cinayət işi qaldırılıb.

İstintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
7
axar.az

10Mənbələr