“Neftçi” yeni legioneri ilə münasibətlərini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, bu, Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunudur.
Azad agent statusu daşıyan legioner Bakıda tibbi baxışdan uğurla keçib. Onunla 2 illik (1+1) müqavilə bağlanıb.
Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı əcnəbi Norveçdə “Lilleström”, Türkiyədə Osmanlıspor”un formasını geyinib.
2016-cı ildə Nigeriyadan Avropaya köçüb və həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb. O, sonuncu dəfə fevralın 2-də meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta