AZ

“Neftçi” İfeanyi Metyunun transferini rəsmiləşdirdi

“Neftçi” yeni legioneri ilə münasibətlərini rəsmiləşdirib.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, bu, Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunudur.

Azad agent statusu daşıyan legioner Bakıda tibbi baxışdan uğurla keçib. Onunla 2 illik (1+1) müqavilə bağlanıb.

Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı əcnəbi Norveçdə “Lilleström”, Türkiyədə Osmanlıspor”un formasını geyinib.

2016-cı ildə Nigeriyadan Avropaya köçüb və həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb. O, sonuncu dəfə fevralın 2-də meydana çıxıb.

İdman.biz

Seçilən
3
1
idman.biz

2Mənbələr