AZ

81 yaşlı amerikalı aktyor şərti həbs cəzasına məhkum edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



81 yaşlı amerikalı aktyor Qeri Byuzi 2022-ci ildə Nyu-Cersidə keçirilən qorxu filmləri festivalında qadına nalayiq şəkildə toxunduğuna görə 2 il şərti həbs cəzasına məhkum edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Qeri Byuziyə qarşı seksual xarakterli hərəkətlərə görə bir sıra ittihamlar irəli sürülmüşdü. O, cinsi qısnama və nalayiq hərəkətlər də daxil olmaqla, dörd maddə üzrə təqsirləndirilib. Hadisələr Nyu-Cersi ştatının Çerri-Hill şəhərindəki "Doubletree" hotelində keçirilən "Monster Mania" qorxu filmi festivalında baş verib.
Qeyd edək ki, Qeri Byuzi "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizəd olub. O, "The Buddy Holly Story" ("Baddi Hollinin hekayəsi") filmindəki baş roluna görə BAFTA mükafatına da namizəd göstərilib. Aktyor "Ölümcül silah" (Lethal Weapon), "Dalğanın zirvəsində" (Point Break), "Mühasirə altında" (Under Siege) və digər filmlərdəki rolları ilə tanınır.
Seçilən
24
1
oxu.az

10Mənbələr