1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 22-də saat 22 radələrində Qax şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini, 29 yaşlı İlham Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü Eldar Bayram oğlu Tağıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Samir Əli